Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

Eynək rəqəmi Lazer olunmayacaq qədər yüksək olanların eynəkdən qurtulmaq imkanı varmı?

Günümüzdə texnaloji imkanların sürətli inkişafı və bunun tibdə və əsasən də göz xəstəliklərinin müalicəsində  geniş istifadəsi yeni müalicə metodlarının genişlənməsinə şərait yaradır. Bu gün yüksək miapiya və astiqmatizmin müalicəsində excimer lazerdən başqa fərqli üsullar vardır.

Excimer Lazerdən sonra göz nömrələri yenə arta bilərmi?

Lazerdə məqsəd daimi olaraq eynəkdən azad olmaqdır.Doğru gözə doğru zamanda  doğru üsulla lazer edilmişsə təkrarlanma şansı çox azdır.

Həkimlər özlərinə və yaxınlarına lazer mualicəsi tətbiq edirlərmi?

Minlərcə göz həkimi öz gözündə lazer müalicəsi tətbiq etmişdir.

EXCİMER LAZER müalicəsi tətbiq olunan xəstələrə lazım olduqda başqa bir xəstəliyə görə (katarakta,çəplik, qlakoma....) müalicə tətbiq oluna bilərmi?

Əlbəttə tətbiq oluna bilər. Lazerlə mualicə hər hansı bir göz problemlərinin müalicəsində heç bir maneə törətmir.

Lazer müalicəsi etibarlıdırmı?

Günümüzə qədər minlərlə insana tətbiq olunan lazer miopiyanın, hipermetropiyanın və astiqmatizmin müalicəsində etibarlı olduğu təsdiqlənib və bütün dünyada tətbiqinə icazə verilib.

LAZER olunca göz dəyərlərim sıfıra düşərmi?

Lazer müalicəsində məqsəd  xəstənin eynəksiz  və aydın görməsini əldə etməkdir.Tətbiq olunan müalicədə 95%-lik uğur əldə olunur.

Lazer əməliyyatı nə qədər vaxt çəkir?

Ortalama 7-8 dəqiqə vaxt çəkir.

Lazer müalicəsindən neçə gün sonra avtomobil idarə edə bilərəm?

Lazer müalicələrindən 1 gün sonra avtomobil idarə etmək olar.

Astiqmat lazerlə düzələrmi?

Kornea qalınlığınıza bağlı olaraq 4-6D-yə qədər astiqmatizm lazerlə düzələr.

Lazerdən sonra gözlər bağlanırmı?

Lazerdən sonra gözlər açıq qalır və görərək durub gedirsiniz.

Lazer olanlar katarakt əməliyyatı ola bilərmi?

Əlbəttə ola bilər . Lazer göz ilə bağlı hər hansı bir əməliyyata maneə törətmir.

Lazerdən neçə gün sonra gözümü su ilə yuya bilərəm?

Lazerdən həmən sonra yuya bilərsiniz. Ancaq dəmiz, hovuz kimi  camaata açıq yerlərə 7 gün sonra getməyiniz məsləhətdir.