Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

ANADANGƏLMƏ  ( KONGENİTAL ) KATARAKTA

Adətən orta yaş üstü xəstəlik olan katarakta , yeni doğulmuş körpələrdə və uşaqlarda da rast gəlinir.
Anadangəlmə katarakta  doğumdan etibarən görülən , büllurun  tək və ikitərəfli olaraq şəffaflığını itirməsi ilə müşahidə olunan göz xəstəliyidir.
Kongenital katarakta  uşaqlıq dövründə  qarşısı alına bilən korluq səbəbləri arasında ilk yerlərdədir.

Anadangəlmə katarakta nədir?

Yeni doğulmuş körpələrin büllurunun şəffaflığını itirməsidir.

Səbəbi

Anadangəlmə kataraktada hamiləlik zamanı ananın keçirdiyi bəzi xəstəliklər, qəbul etdiyi dərmanlar, rentgen süasına məruz qalma kimi səbəblərlə yanaşı genetika da böyük rol oynayır.

Diaqnoz necə qoyulur?

Körpələrin ardıcıl müayinəsi və ailənin müşahidəsi zamanı körpənin işığı izləməməsi və oyncaqlara reaksiya verməməsi diaqnozu qoymaqda kömək edir.

Müalicəsi

Kongenital katarakta ; 2 yaşınadək gözdaxili linza qoyulmadan əməliyyat olunur. 2 yaşdan yuxarı gözdaxili linzalar qoyula  bilər. Hər iki gözdən əməliyyat olunan 2 yaşadək körpələrə 4 yaşında gözdaxili linza taxıla bilər.  Bir gözü əməliyyat olunan körpələrə isə 2-2,5 yaşında gözdaxili linza taxıla bilər.