Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

Yaşlanma ilə əlaqədar olaraq meydana çıxan sarı nöqtə xəstəliyi yaşı çox olan insanlarda xronik, artan və geri dönməyən görmə itkisinə səbəb olan bir xəstəlikdir.

Görmə mərkəzinin yaşa bağlı zədələnməsi mərkəzi görmənin bulanmasına səbəb olan bir xəstəlikdir. Bulanma, gözün arxasındakı kiçik bir sahənin – makulanın zədələnməsindən dolayı meydana çıxır. Makula, gözlərimizin fokuslandığı nöqtədəki incə detalları görməyimizə yardımçı olur.

Yaşa Bağlı Makula Degenerasiyasının Risk Faktorları:

Xəstəlik adətən 50 yaşdan sonra meydana çıxsa da daha gənc yaşlı insanlarda da rast gələ bilir.
Xəstəlikdə genetik özəlliklər, qidalanma, ətraf mühit amilləri, uzun zaman günəş şüalanmasına məruz qalma, köklük, siqaret istifadəsi və hipertoniya vacib rol oynayır.

YBMD-nin əlamətləri nələrdir?

70 yaş və yuxarı əhalinin təxminən 1/3-də rast gələn xəstəlik tam korluq yaratmasa da həyat keyfiyyətinə çox təsir edir.
Xəstəlik görmədə bulanıqlıq, rəng gğrməsində pozğunluq, baxılan sahənin ortasında duman görmə və  düz xətləri əyri görməklə ortaya çıxır. Bu insanlar avtomobil idarə edə, televizor izləyə bilmirlər. Bəzən qarşısında duran adamın əllərini, ayaqlarını görsələr də üzlərini görə bilmirlər. Bİr çox işləri yardım olmadan görə bilmirlər. Görə bilmədikləri üçün oxuyub yazmaqda da çətinlik çəkirlər.

Xəstəliyin formaları:

Xəstəliyin quru və yaş tip olmaq üzrə iki forması vardır. Quru tip xəstələrin 90% -də rast gəlinir, görmə yavaş və illər ərzində zəifləyir.

Yaş tip isə sürətli inkişaf edib görmənin qısa zaman ərzində ititrlməsi ilə nəticələnir.
Yaş tip təhlükəli hesab olunduğu üçün, xəstəliyin erkən dönəmdə aşkar olunması üçün 50 yaşın üzərindəki hər kəsin göz dibi müayinəsi olunması vacibdir.

Müalicə üsulları:

Müalicədə məqsəd mövcud görmənin saxlanılması və qismən də olsa görmədəartımın əldə edilməsidir.

  1. Göz içi iynələr – yaş tipdə istifadə olunur. Aylıq müayinə sonrası göz dibindəki vəziyyətə görə təkrar iynə inyeksiya oluna bilər.
  2. Fotodinamik müalicə.
  3. Lazer Fotokoaqulyasiyası.

Xəstəliyin quru tipində qoruyucu məqsədlə vitamin A, C, E, sink, selenium, lütein və omeqa-3 istifadə olunur.

Xəstəliyin profilaktikası üçün vitaminli qidalar, pomidor, yerkökü, ispanaq, kakbak, portağal, avakado, kivi, dəniz məhsulları istifadə olunmalı, siqaret istifadə olunmamalı, hipertoniya və şəkərli ddiabet kimi xəstəliklər nəzarət altında saxlanılmalıdır.