Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

Katarakt əməliyyatında istifadə olunan linza və texnalogiyanın qabaqcıllığı nədir?

Katarakt əməliyyatında istifadə olunan texnalogiya səs dalğaları ilə şəffaflığını itirən linzanı parçalayır və gözdən xaric edir. Bu xüsusi alətdir ki , o 2 mm-lik kəsikdən gözün içərisinə daxil olur və ordan şəffaflığını itirmiş linzanı xaric edir və süni linzanı orda yerləşdirir.

Katarakt əməliyyatından sonra eynəkdən xilas olmaq mümkündürmü?

Katarakt əməliyyatı görməni geri qaytarmaqla yanaşı öncədən mövcud olan sındırma qüsurlarını yəni eynək rəqəmini azaltma və sıfırlama kimi xüsusiyyətə malikdir.

Uğurlu katarakt əməliyyatı üçün nə lazımdır?

Əgər uğurlu əməliyyat keçirmək istəyirsinizsə həkiminizi düzgün seçin.Daha sonra katarakt əməliyyatında istifadə olunacaq cihazların , alətlərin və linzanın keyfiyyətini nəzərə alınmalıdır.Son olaraq gigiyenaya fikir verilməlidir.

Kimlərdə katarakta rast gəlinir?

Katarakt ən çox yuxarı yaşlarda ortaya çıxan göz xəstəliyidir.Adətən 55-60 yaşdan sonra müşahidə olunur.Diabet,göz xəstəlikləri, göz cərrahiyəsi və ya göz travması keçirənlərdə daha erkən yaşlarda rast gəlinir.

Katarakt körpələrdə və uşaqlarda necə müalicə olunur?

Nadirən də olsa körpələrdə də katarakta rast gəlinir. Bu anadangəlmə katarakta adlanır. Yeganə müalicə növü əməliyyatdır. 2 yaşdan kiçik bir gözü kataraktdırsa ona linza taxılmır, kontakt linza və ya eynək yazılır.2 yaşdan sonra əməliyyat olunur.