Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

gorme-qusurlari

Refraktiv göz cərrahiyyyəsi gözün eynəyə və ya kontakt linzaya olan tələbatını minimum endirmək və ya tamamilə yox etmək üçün gözün qırma qüsurlarını düzəltməyə yönəlmiş göz cərrahiyəsidir. Son 20 ildə miopiya, hipermetropiya və astiqmatizm kimi görmə qüsurlarının düzəldilməsində refraktiv cərrahiyyə üsulları geniş şəkildə tətbiq olunmaqdadır.

Miopiya: Gözün uzaq məsafədəki obyektləri fokuslaya bilməməsinə “yaxından görmə” və ya miopiya deyilir. Adətən göz almasının ön-arxa uzunluğu normadan çox olur. Bu səbəbdən göz düşən şüalar retinanın önünə düşər. Miopiya zamanı yaxındakı obyektlər aydın görülsə də, uzaqdakıları görmək mümkün olmur.

Hipermetropiya: Bu zaman gözün həm yaxını, həm də uzağı görməsi çətinləşir. Göz alması adətən normadan daha qısa olur. Bu səbəbdən də gözə gələn işıq şüaları büllurda qırılaraq retinanın arxasına düşürlər. Bu vəziyyət daha çox yaxındakı obyektlərin fokuslanmasını çətinləşdirir.

 Astiqmatizm: Astiqmatizmin əsas səbəbi adətən korneanın düzənsizliyi və əyriliyidir. Normal görmə üçün kornea düzgün və hər tərəfdə eyni əyriliyə malik olmalıdır. Astiqmatizmdə korneanın əyriliyi bir tərəfdə daha çox olur.