Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

KATARAKTA (Mirvari suyu) nədir?

katarakta

Göz özü əslində bir optik sistemdir. O kameraya bənzəyir. Ətrafdakı işıq və görüntülərin görmə mərkəzinə  aydın olaraq çatması üçün ilk öncə gözün xarici şəffaf təbəqəsi olan korneada sora gözün içərisindəki linzada qırılmalıdır. Normalda bu iki təbəqə  də şəffafdır. Katarakta  gözün içərisindəki linzanın şəffaflığını itirərək bulanıq  görünüşün yaranmasıdır.

 

KATARAKTIN  ÜÇ ƏSAS NÖVÜ VARDIR

  1. Yaşlılıq kataraktası
  2. Anadangəlmə katarakta
  3. İkincili katarakta (müəyyən dərmanların (steroidlər kimi) istifadəsi, pulmonar infeksiyalar, travma, metabolik xəstəliklər, diabet kimi)

Kataraktalar ən çox yaşa bağlı olaraq meydana çıxır. Bilinən bir səbəbi olmamaqla bərabər, qidalanma, ultrabənövşəyi şüalar kimi bir çox risk  faktorları var. Linzanın bulanıqlaşmasının vəziyyətinə görə xəstələr uzaq və ya yaxını görmə qabiliyyətindən şikayət edir. Bulanma artdıqca həm uzaq, həm də yaxın görmə problemi xəstənin sosial həyatına öz təsirini göstərir.

 

KATARAKTANIN əlamətləri:

*Görmədə yavaş-yavaş azalma

*İşığa həssaslıq, qamaşma

*Gecələri görüş məsafəsinin azalması

*İkili görmə

*Oxumaqda çətinlik

*Rəqəmlərdə solğunluq və saralma

*Xəstənin görmə şikayəti yarandığı anda əməliyyat icra olunur. Gözləməyə ehtiyac yoxdur.

*Gözləmə əməliyyatı çətinləşdirir

 

KATARAKTANIN  yaranma səbəbləri:

*Kataraktanın ən geniş yayılmış növü gözün yaşlanması ilə bağlı olandır

*İrsiyyət

*Diabet

*Göz xəstəlikləri

*Steroidlərdən istifadə

*Göz içi iltihablar

*Uzun müddət günəş altında qalmaq

*Travma

*Daha əvvəl olunmuş göz əməliyyatları