Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

 

KATARAKTANIN  müalicəsi:

Kataraktanın dərmanlarla müalicəsi yoxdur. Yeganə üsul əməliyyatdır. Başqa üsullarla, yəni: dərmanlar, göz damlaları, məşqlər və ya eynəkdən istifadə ilə kataraktanı itirmək olmaz. Müalicənin yeganə yolu bulanıqlaşmış təbii linzanı süni linzayla əvəz etməkdir.

Modern texnologiyanın inkişafı ilə əlaqədar olaraq katarakt əməliyyatları  iynəsiz və narkozsuz həyata keçirilir. Katarakta əməliyyatlarında göz damlaları ilə sadəcə əməliyyat olunan göz uyuşdurulur və xəstə həmin gün evə yazılır.

KATARAKTA əməliyyat olunmazsa xəstə nələrlə üzləşər:

*Görmə tam itirilə bilər

*Gözdaxili təzyiq arta bilər

*Görmə tənbəlliyi yarana bilər

*Gözün görmə mərkəzi və göz dibi görünmədiyi üçün  gözün içərisindəki problemlərin  diaqnozu və müalicəsi çətinləşər.

KATARAKTA yenidən yarana bilərmi?

Katarakta təkrar əmələ gələ bilməz. Lakin katarakta əməliyyatından sonra göz içi linzanın yerləşdiyi kapsulada bulanma yarana bilər. Bu bulanmış təbəqə YAG lazer adlandırılan parçalayıcı lazerlə açılır. Ancaq bu katarakta əməliyyatı olunduqdan sonra həyata keçirilən müalicədir və cərrahiyə əməliyyatı deyil. Lazer terapiyasından dərhal sonra xəstə gündəlik fəaliyyətinə qayıda bilər.

KATARAKT xəstələri üçün tövsiyələr:

Katarakta əməliyyatı olunmağı düşünən xəstələr gözlərinə qoyulacaq linzalar haqqında həkimləri ilə ətraflı məsləhətləşməlidirlər. Onlar uzağı və yaxını eynəksiz göstərən multifokal linza istəyirlərsə bunu mütləq həkimlərinə bildirməlidirlər. Çünki bir çox həkim xəstə bunu qeyd etməyibsə gözün içərisinə monofokal linza yerləşdirir. Belə olan halda xəstə yaxını görmək üçün eynəkdən istifadə etməli olur. Multifokal linzalar nisbətən bahalıdır. Buna görə də multifokal linzalardan istifadə olunan katarakt əməliyyatları standart linzalardan  istifadə olunaraq edilən əməliyyatlardan bir az bahalı olur.