Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

Keratakonus ümumiyyətlə hər iki gözə təsir edən və tez-tez asimmetrik, qeyri-iltihabi, kornea toxumasının pozulması, qabarması, kornea təbəqəsinin incəlməsi və önə çıxması ilə xarakterizə olunan kornea xəstəliyidir.

Qadınlarda daha çox rastlanan keratakonus 20-40 yaş arasında irəliləmə göstərib 40-lı yaşlardan sonra ləngiyir. Bu mərhələdə eynək rəqəmləri tez-tez dəyişməyə başlayır və xəstələr eynəkdən istifadə etməklərinə baxmayaraq tam görə bilmirlər.

Keratakonus avtomobil idarə etməkdə, kompüterdə yazı yazmada, televizora baxmaqda və ya oxumaq kimi bəzi fəaliyyətlərdə çətinlik yaradır.

KERATAKONUSUN səbəbləri nələrdir?

Keratakonus xəstəliyinin səbəbi dəqiq bilinməməklə bərabər, inkişafında genetik və mexaniki təsirlər önəmli rol oynayır. Gözün qaşınması, sərt kontakt linzadan istifadə kimi ətraf mühit faktorları da  genetik meyilliyi olan  şəxslərdə  bu xəstəliyin irəliləməsinə səbəb ola bilər.

Xəstəliyin əlamətləri:

  • Gözdə daimi allergiya/qaşınmanın olması (zəif göz qıcıqlanması)
  • Davamlı miopiya və astiqmatizim
  • Eynəkdən istifadəyə baxmayaraq aydın görmənin əldə olunmaması
  • İşığa həssaslıq
  • Göz qamaşması

KERATAKONUS müalicə üsulları

Keratakonusun müalicəsinə başlamadan öncə xəstəliyin irəliləyib irəliləmədiyini müəyyən etmək lazımdır.

Əgər xəstəlik irəliləmirsə xəstənin görməsini düzəltmək üçün müalicələrə başlanılır və 3 ayda bir kornea xəritələri izlənilir.

Keratakonus müalicəsində xəstəliyin mərhələsindən asılı olaraq sərt və ya hibrid linzalar, Cross-linking, korneal ring, keratoplastika üsulları tətbiq oluna bilər.