Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:
konyuktivit-nedir

Konyuktivit nədir?

konyuktivit-nedir

 

Göz qızartılarının ən çox rast gəlinən səbəblərindən biri olan konyuktivit, konyuktiva təbəqəsinin iltihabına verilən addır. Gözün ağı kimi bildiyimiz sklera soğan qabığı kimi nazik bir təbəqə ilə örtülmüşdür. Konyuktiva adlanan bu təbəqə gözün səthini nəmləndirən maddələr ifraz edir.Bu təbəqə incə damarlarla zəngindir və diqqətlə baxdıqda kənardan adi gözlə belə görmək mümkündür. Konyuktivada iltihab yarandığı zaman bu damarlar genişlənir və göz qızartılı görünür.Klinik olaraq 3 tipi vardır: 

Bakterial Konyuktivitlər:

Bakterial konyuktivit zamanı qatı, sarımtil-yaşıl rəngli ifrazat meydana çıxır. Digər əlamətlər göz qapağının şişməsi, artmış həssaslıq, qızartı və ağrıdır.

Bakterial konyuktiviti olan uşaqlar ətrafdakıları yoluxdurmasınlar deyə cəmiyyət arasına çıxmamalarına və digər uşaqlardan uzaq durmalarına diqqət yetirmək lazımdır. Müalicə yaş qrupuna, xəstəliyin müddətinə və şiddətinə görə həkim tərəfindən müəyyənləşir. Dərman kimi adətən damlalar, nadirən isə sistemik terapiya tətbiq olunur.

Herpes Simplex Konyuktiviti və Keratiti
Herpes Smplex dodaq uçuqlamasına səbəb olan bir virus olub, gözdə yalnız konyuktivit deyil həm də keratit törədə bilir. Herpes Simplex törədiciləri sinirlərdə məskunlaşıb, müəyyən zamanlarda (stress, qızdırmalı xəstəliklər, zəif qidalanma və s.) oyanaraq təkrarlanan infeksiyalar törədən, korneanı zədələyib orada çapıq buraxaraq görməni azaldan viruslardır.
Allergik Konyuktivitlər:

Əsas əlaməti gözdə sulanma, qızartı və qaşınma olan bir göz xəstəliyidir. Yaz-yay aylarında çiçək tozuna və ya ilboyu ev tozu, heyvan tükləri və s qarşı meydana gələ bilir. Burun axması, qaşınması və asqırıq da müşahidə oluna bilər.

Author Info

hekim

No Comments

Post a Comment