Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

MULTİFOKAL GÖZDAXİLİ LİNZALARLA MÜALİCƏ

Bəzi insanlar  həm yaxını, həm də uzağı görmək üçün ayrı eynəkdən istifadə edir. Bəziləri də bir eynəklə  həm yaxını, həm də uzağı görə bilirlər. Multifokal linzalar yaxın və uzaq görməni təmin edən intraokulyar linzalardır. Bu müalicə üsulu üçün xəstə seçimi çox vacibdir. Xəstə üçün yaxını yoxsa uzağı görmənin daha önəmli olduğunu bilmək lazımdır. Xəstə seçimində digər vacib məsələ xəstənin pupil ölçüləridir.

Multifokal linzalar kimlərə tətbiq olunur?

  • EXCİMER lazerlə düzəlməyəcək qədər yüksək miyop,hipermetrop və ya astiqmarı olanlar.
  • Kornea qalınlığı lazerə icazə verməyənlər
  • Kataraktalı və yüksək qırma qüsurlu xəstələr
  • Göz rəqəminin sabit olduğu xəstələr

Əlbəttə ki, xəstə ilk öncə ətraflı müayinə olunmalıdır. Hər xəstənin gözü bu tip əməliyyata uyğun olmaya bilər. Xəstə seçimində peşə mövqeyi, yaşı, sosial fəaliyyəti, oxu vərdişləri və kataraktalı xəstələrin intellektual səviyyəsi vacibdir.