Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

QLAUKOMA nədir?

qlaukoma 

Qlaukoma gözdaxili təzyiqin artması və görmə sinirini zədələməsi ilə ortaya çıxan bir göz xəstəliyidir. Adətən xəstəliyin ilk mərhələlərində xəstənin şikayəti olmadığı üçün görmə siniri uzun müddət zədələnməyə məruz qalır və xəstəlik aşkar olunduğu zaman artıq görmə sinirində geri dönməyən dəyişikliklər meydana gəlmiş olur.

Erkən aşkar olunmuş qlaulkoma gözdə daha ciddi fəsad yaratmadan  nəzarət altına alına bilər. Yaşı 30 və yuxarı olan şəxslər ildə ən azı bir dəfə müntəzəm göz müayinəsindən keçməli, gözdaxili təzyiqi müayinə etdirməli və lazım olarsa görmə sahəsi müayinə edilməlidir.

 

ƏLAMƏTLƏRİ nələrdir:

Qlaulkoma  dünyada milyonlarla insanda görülən və hər insanda və hər yaşda meydana çıxabiləcək bir xəstəlikdir. Bununla birlikdə bəzi faktorlar xəstəliyin ortaya çıxma riskini artırır.

  • Genetika – ailənizdə qlaulkoma tarixçəsi varsa
  • Yüksək miyopiyanız varsa
  • Çox yüksək hipermetropiyanız varsa
  • Yaşınız 35-dən yuxarıdırsa.
  • Hər hansı bir səbəbdən steroid dərmanlar qəbul etmisinizsə
  • Əgər şəkər xəstəsisinizsə
  • Gözdaxili təzyiqiniz yüksəkdirsə – risk altındasınız.

QLAULKOMA necə müalicə olunur

  • DƏRMAN müalicəsi
  • ÇESİDLİ LAZER müalicəsi
  • CƏRRAHİ ÜSULLARLA müalicə

 

DƏRMAN müalicəsi:

Qlaulkomanın müalicəsində istifadə olunan bir çox damlalar vardır. Bunlar müxtəlif mexanizimlərlə gözdaxili təzyiqi aşağı salır.

LAZER müalicəsi:

Müxtəlif lazer müalicə üsulları vardır. Gecikmədən tətbiq olunduğunda bu üsullar çox effektlidir.

CƏRRAHİ müalicə:

Gözdaxili təzyiq dərman müalicəsi ilə normallaşmırsa cərrahi müalicəyə ehtiyac yaranır. Ən çox tətbiq olunan əməliyyat növü trabekulektomiyadır.