Select Your Style

Choose your layout

Color scheme

Ünvan: Dobromed Hospital, 20 Yanvar küç.1 B Tel: (070) 249-91-00 (055) 256-50-40 Bizi izləyin:

TRİFOKAL GÖZDAXİLİ LİNZALARLA MÜALİCƏ

Trifokal linzalar uzağı və yaxını   görməyi təmin etməklə bərabər həm də orta məsafədə yaxşı görünüş əldə etməyə imkan verən linzalardır.

Multifokal linzaların  inkişafı ilə birlikdə, ara məsafələrdə də istifadə olunacaq linzalara ehtiyac yarandı. Çünki avtomobil idarə etmək, qəzet və ya kitab oxumaqla yanaşı günümüzdə insanlar kompüter başında da çox vaxt keçirirlər.Buna görə də uzağı, yaxını və orta məsafədən yaxşı görmə əldə edilən trifokal linzalardan geniş istifadə olunur.

Trifokal linzalar kimlərə tətbiq olunur?

  • EXCİMER lazerlə düzəldilməyəcək dərəcədə yüksək miopiya, hipermetropiya və ya astiqmatı olanlar
  • Kornea qalınlığı lazerə icazə verməyənlər
  • Kataraktalı və yüksək qırma qüsurlu xəstələr
  • Göz nömrəsinin sabit olduğu xəstələr

Bu əməliyyatdan əvvəl xəstəni ətraflı məlumatlandırmaq vacibdir. Katarakta və refraktiv cərrahiyədə təcrübəli həkimin, əməliyyatın həyata keçirildiyi  qurumun, təbii ki doğru linzanın  və  uyğun xəstənin seçimi ilə ediləcək əməliyyatdan xəstə də,  həkim də yüksək nəticə əldə edir.